
AMEA-da ediləcək yeni struktur dəyişikliyinə əsasən, baş direktor və icraçı direktor vəzifəsi təsis edilib.
Publika.az xəbər verir ki, bu barədə Akademik Rasim Əliquliyev Fizika İnstitutunda keçirilən Elmi Şuranın iclasında məlumat verib.
O bildirib ki, institutun icraçı direktor vəzifəsini fizika elmləri doktoru, professor Anar Rüstəmov icra edəcək.