• USD 1,7000 0,00% EUR 2,0009 -0,24%
    • GBP 2,3392 +0,32% RUB 0,0231 +0,43%

Koronavirus ciyərləri bu hala salır - ARAŞDIRMA

Koronavirus ciyərləri  bu hala salır - ARAŞDIRMA

Boston Universitetinin və Yeni yoluxucu Xəstəliklər Milli Laboratoriyasının alimləri koronavirusun ciyərlərə necə təsir etdiyini araşdırıblar.

Publika.az xəbər verir ki, bu barədə “MedicalXpress” portalı bildirib.

Mütəxəssislər insanın ağciyər hüceyrələrinə oxşar süni hüceyrələri böyüdərək sınaqdan keçiriblər. Məlum olub ki, koronavirus hüceyrələrə düşdükdən bir saat sonra toxumaları parçalayır.

“Ən təəccüblü cəhət virusun molekulyar yolla təsir etməsidir. O, ağciyər hüceyrələrini tamamilə yenidən qurur", - tədqiqatın müəlliflərindən biri Endrü Emil bildirib.

O, vurğulayıb ki, virus üç-altı saat sonra metabolik prosesləri dəyişdirir və nüvə membranlarını zədələyir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR