Sutka ərzində neçə şagird koronavirusa yoluxub? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Səhiyyə

Sutka ərzində neçə şagird koronavirusa yoluxub? - RƏSMİ AÇIQLAMA

Ötən sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19-a yoluxma ilə bağlı məlumat yayılıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, 01 fevral 2021-ci il tarixinə olan statistikaya əsasən, hərarəti 37 dərəcədən yuxarı olmuş şagirdlərin sayı 5 nəfər olub, eyni hərarət göstəricisi işçi heyət arasında qeydə alınıb.

Eyni zamanda, virusa yoluxmuş şagirdlərin sayı 4, işçi heyətin sayı isə 1 nəfər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm