Azərbaycanda bu şəxslərə SMS göndəriləcək - SƏBƏB
Bizi izləyin

Səhiyyə

Azərbaycanda bu şəxslərə SMS göndəriləcək - SƏBƏB

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.

Bu barədə Publika.az-a Nazirlər Kabinetindən bildirilib

Qeyd olunub ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.

65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm