Ən çox yoluxma Bakıda, ən az isə Naxçıvandadır - STATİSTİKA
Bizi izləyin

Səhiyyə

Ən çox yoluxma Bakıda, ən az isə Naxçıvandadır - STATİSTİKA

Azərbaycanda koronavirusa yoluxanların 52,2 faizi Bakı şəhərinin payına düşür.

Ölkə üzrə ikinci ən çox yoluxma Aran zonasındadır. Bu ərazidə yoluxma 13,3 faizə çıxıb. Abşeron rayonu yoluxmaya görə 12,9 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 8,1 faiz yoluxma ilə 4-cü yerdədir. 3,0 faiz yoluxma Quba-Xaçmaz, 3,2 Şəki- Zaqatala rayonları, 2,9 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,5 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,005 faiz qeydə alınıb.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm