Azərbaycanda koronavirusa yoluxanların SAYI KƏSKİN ARTDI
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa yoluxanların SAYI KƏSKİN ARTDI

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3173 nəfər vəfat edib. Hazırda 2322 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7260, bu günə qədər isə ümumilikdə 2 485 483 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm