• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Türkiyədə daha 97 nəfər öldü

Türkiyədə daha 97 nəfər öldü

Türkiyədə son sutka ərzində 97 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, son 24 saatda həm də 7763 yeni yoluxma faktı qeydə alınıb. Bununla da pandemiya qurbanlarının sayı 27 284, virusa yoluxanların sayı isə 2 572 190 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 461 204 pasiyent sağalaraq evə buraxılıb.

Hazırda 1250 nəfər intensiv terapiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR