Səhiyyə
Vaksinasiya ilə bağlı poliklinikalarda SON DURUM
Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də başlanıldı. Əvvəlcə həkimlər peyvənd vurdurdular. Fevralın 8-dən isə xüsusi risk qrupunda olan 65 yaşdan yuxarı vətəndaşlar prosesə qoşulmağa başladılar. Təbii ki, vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilir.
Son günlərdə prosesə daha bir yaş qrupu əlavə olundu. 50 yaş və daha yuxarı şəxslər də poliklinikalara üz tutmağa başlayıb.
Bəs vaksinasiya prosesi hazırda nə yerdədir?
Paytaxtdakı poliklinikalardan son durumu öyrənməyə çalışdıq.
9 saylı Şəhər Poliklinikasından Publika.az-a bildirildi ki, vaksinasiya prosesi normal şəkildə davam etdirilir. Hər gün onlarla xüsusi risk qrupunda olan şəxs vaksin vurdurmaq üçün xəstəxanaya gəlir.
10 saylı Şəhər Poliklinikasının həkimləri isə sahə üzrə insanlara çağırışlar edirlər. Onları vaksin vurdurmağa çağırırlar. Poliklinikadan verilən məlumata görə, hər gün 100-150 nəfər peyvənd olunur. Adıçəkilən poliklinikada revaksinasiya mərhələsinin başlanıldığı da bildirildi.
11 saylı Şəhər Poliklinikasında da vəziyyət ürəkaçandır. Peyvənd olunanların sayında gündən-günə artım olduğu vurğulandı.
12 saylı Şəhər Poliklinikasından isə bildirildi ki, bu haqda səhiyyə ocağına rəsmi məktub göndərilməlidir və ondan sonra ictimaiyyətə məlumat vermək səlahiyyətinə sahibdirlər. Bir sözlə, adıçəkilən poliklinikada vaksinasiya ilə bağlı son durumun nə yerdə olduğunu öyrənə bilmədik.
14 saylı Şəhər Poliklinikasında da gün ərzində onlarla insana vaksin vurulduğu, həkimlərin və sahə üzrə icra nümayəndələrinin insanlara vaksin vurdurmaq üçün çağırış etdiyi bildirildi.
15 saylı Şəhər Poliklinikasından bildirildi ki, təkcə hər gün günün birinci yarısında 80-ə yaxın şəxsə peyvənd vurulur. İnsanlar bu sahə üzrə fəallıq nümayiş etdirir. Verilən məlumata görə, xüsusi risk qrupunda olan insanlar arasında artıq vaksinasiya üçün könüllü müraciət edənlərin sayı da artıb. Baş həkimin prosesə birbaşa nəzarət etdiyi qeyd olundu.
Tural Turan
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq


























.jpg)











