• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Bundan sona qədər istifadə olunmasını istərdim - Həkim

Bundan sona qədər istifadə olunmasını istərdim - Həkim

"Ölkəmizin vaksinasiya prosesinə erkən qoşulmasını, eyni zamanda bu prosesin hazırda yüksək səviyyədə davam etdirilməsini uğurlu addım kimi qiymətləndirirəm. "Sinovac" çox yaxşı peyvənddir, effektivdir. Ona görə sona qədər də bu peyvənddən istifadə olunmasını çox istərdim".

Bu fikirləri Publika.az-a açıqlamasında 11 saylı Şəhər Poliklinikasının həkimi Gülnarə Mədətzadə deyib.

Həkimin sözlərinə görə, vətəndaşlar bir aydır ki, vaksinasiya ilə bağlı poliklinikaya axın edirlər: "Bir aydır ki, vaksinasiya prosesinin gedişatına nəzarət olunur. Xəstəxanamızda da bütün həkimlər ilkin mərhələdə peyvənd olunublar. Hazırda iki yaş qrupu üzrə - 65 yaşdan yuxarılar və yaşı 50-dən çox olan şəxslərin peyvənd olunması prosesi gedir. Bu yaş kateqoriyaları ilə yanaşı, könüllü müraciət edənlərin də sayı çoxdur.

Bəzi insanlarda narahatlıqlar var. Onların bu narahatlığı vaksin vurdurmaq üçün xəstəxanamıza gələndə də hiss edilir. Lakin biz onlara prosesi başa salırıq və maarifləndirici xarakterli məlumatlar veririk ki, hazırda virusla mübarizədə, insanları qorumaqda ən effektiv yol vaksinasiyadır. Bütün həkimlərimiz müraciət edənlərin hər birinə prosesi başa salır. Ancaq peyvənd vurdurmağa meyilli olanların da sayı az deyil. Onlar vaksin olunmaqda maraqlıdırlar.

Hər kəsə izahat verilib, hələ ki, xəstəxanamıza gəlib vaksin vurdurmaqdan imtina edib gedənlər olmayıb. Gün ərzində poliklinikamızda yüzdən çox insan peyvənd olunur".

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR