Azərbaycanda 108 yaşlı qadına vaksin vuruldu - FOTO
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 108 yaşlı qadına vaksin vuruldu - FOTO

Azərbaycanda daha bir uzun ömürlü qadın koronavirusa qarşı peyvənd edilib.

Yevlax rayon Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova COVID-19 əleyhinə peyvənd olunub.

O, peyvənddən sonra səhhətində problemin yaranmadığını, özünü yaxşı hiss etdiyini deyib.

Qeyd edək ki, Yevlaxda COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm