• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, bu günə qədər isə ümumilikdə 2 690 711 test icra olunub.

Qeyd edək ki, ötən gün koronavirusa yoluxanların sayı 608 nəfər olub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR