Səhiyyə
"AstraZeneca" peyvəndinə görə EMA HƏRƏKƏTƏ KEÇDİ
Avropa Dərman Agentliyinin (EMA) profil komitəsi "AstraZeneca" şirkətinin istehsal etdiyi peyvəndlə vaksinasiyadan sonra qan laxtalanması faktlarının ətraflı qiymətləndirilməsində irəliləyiş əldə edib.
Publika.az xəbər verir ki, bu barədə EMA-nın bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Farmakonəzarət risklərinin dəyərləndirilməsi üzrə Komitə irəliləyiş əldə edib. Araşdırmanın davam etməsinə baxmayaraq, EMA hazırda "AstraZeneca" peyvəndinin COVID-19-un qarşısının alınmasında faydalarının potensial yan təsirlərin risklərindən üstün olduğu qənaətindədir.
Qiymətləndirmə zamanı Komitə peyvənddən sonra qeydə alınan bütün tromboembolik fəsadlar üzrə bütün mövcud məlumatları nəzərdən keçirir. Milli tənzimləyicilər çatışmayan və natamam məlumatların toplanılması üçün əlavə dəstək göstərirlər".
Qeyd edilir ki, Farmakonəzarət risklərinin dəyərləndirilməsi üzrə Komitə işini martın 18-i keçiriləcək iclasda bitirməyi planlaşdırır. Əldə ediləcək nəticələrə əsasən mütəxəssislər gələcək tədbirlər üçün bütün lazımi tövsiyələri verməyi planlaşdırırlar.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR