Azərbaycan vaxtında mümkün problemlərlə bağlı həyəcan təbili çalmışdı - RƏY
Bizi izləyin

Səhiyyə

Azərbaycan vaxtında mümkün problemlərlə bağlı həyəcan təbili çalmışdı - RƏY

"Azərbaycan vaxtında mümkün problemlərlə bağlı həyəcan təbili çalmışdı. Bu gün həmin çətinlikləri yaşayırıq. İlk növbədə pandemiyaya qarşı mübarizədə müxtəlif protokollar və təcrübələri tərtib edərək ölkələrə göndərən ÜST bu məsələdə də ayrı-ayrı peyvənd istehsalçılarını məsuliyyətli olmağa səsləməlidir".

Bunu Publika.az açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, eyni zamanda, ÜST vaksinin hər kəs üçün əlçatanlığını, ədalətli bölüşdürülməsini təmin etməyə çağırmalıdır:

"Pandemiyanın ilk günlərindən təəssüf doğuran bəzi proseslər baş verir. İlk olaraq qoruyucu maskaların və digər ləvazimatların ayrı-ayrı ölkələr tərəfindən qeyri-qanuni şəkildə müsadirə edildiyinin şahidi olduq. Tranzit ölkələr yükdaşıma prosesində məhz bu cür vasitələri mənimsəməklə Avropada pis nümunə yaratdılar. Hazırda ÜST tərəfindən lisenziya alan preparatların sifarişçiyə vaxtında çatdırılması ilə bağlı ciddi problemlər yaşanır”.

Millət vəkilinin fikrincə, belə hallar ayrı-ayrı ölkələrin timsalında baş verir:

“Avropa ölkələri bir sıra peyvəndlərə üstünlük verməklə digərlərinin onların ərazisində keçərli olmadığını bildirirlər. Onlardan biri də əvvəldən COVAX platformasının iştirakçısı olan ölkələrə peyvəndin çatdırılması ilə bağlı yaşanan problemdir".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm