Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 22 932 vaksin vurulub.

Bu barədə Publika.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8451, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 481 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 947 745, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 590 914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 356 831 təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm