Koronavirusun 3-cü dalğası yaşanır: Təcili tədbirlər görülməlidir
Bizi izləyin

Səhiyyə

Koronavirusun 3-cü dalğası yaşanır: Təcili tədbirlər görülməlidir

Azərbaycan Həkimlər İctimai Birliyi koronavirus pandemiyası ilə bağlı bəyanat yayıb.

Publika.az bəyanatı təqdim edir:

Ölkəmizdə də COVID-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğası yaşanır. Son günlərdə COVID-19 xəstəliyinə yeni yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb xidməti işinin təşkilində ciddi problemlər yaranıb. 2-ci dalğada ortaya çıxan çətinliklər indi də hiss olunmaqdadır. AHİB istər ölkə üzrə əhali sayına, istərsə də xəstələnlərin sayına düşən ölüm hallarının başqa ölkələrə nisbətən yüksək olması faktından narahaqlıq ifadə edir və aşağıdakı tədbirlərin görülməsini zəruri sayır:

1. COVID-19 pandemiyası sürəci boyu dünya təcrübəsi göstərdi ki, yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kütləvi testləşdirmənin aparılmasıdır. Əksər ölkələrdə (Çin Xalq Respublikası, Cənubi Koreya və Yaponiyada) bu təcrübə çox effektli oldu. Ölkəmizdə də COVID-19 xəstəliyini vaxtında aşkar edib yoluxanları izolyasiya etmək məqsədilə test sayının artırılması təmin edilməlidir.

2. Test üçün müraciət eədn şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır (məs., test edilmək üçün hərarətin 38°C-dən yuxarı olması və s. tələb olunur). Hərarəti olub-olmamasından asılı olmayaraq təcili tibbi yardıma, poliklinika və stasionarlara müraciət edən şübhəli şəxslərdən və test analizi müsbət çıxmış şəxslərlə təmasda olduğu şəxslərdən test analizinin götürülməsini təmin etmək zəruridir. Uşaq poliklinikalarında uşaqların test edilməsi təmin edilməlidir.

3. Kütləvi peyvəndləmənin dünya təcrübəsindən yararlanmaq lazımdır. Müxtəlif mülkiyyətli tibb müəssisələrində, məntəqələrində, geniş iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyi təmin edilməlidir.

4. Əhali arasında kütləvi sayda ev (ambulator) müalicəsi alanların olduğu, reseptlərdə antibiotiklərin, antiviral dərmanların yerli-yersiz istifadəsinə son qoyulmalıdır. ÜST protokolları əsasında müalicə prinsipləri elmi baxımdan tibb ictimaiyyətinə mütəmadi izah edilməli, əhali arasında maarifləndirmə işini gücləndirilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm