Türkiyədə daha 289 nəfər öldü
Bizi izləyin

Səhiyyə

Türkiyədə daha 289 nəfər öldü

Türkiyədə son sutkada 63 082 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 289 nəfər COVID-19-dan dünyasını dəyişib.

Hazırda ölkə üzrə bu infeksiyadan ölənlərin ümumi sayı 34 734 nəfərdir, 3205 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 150 039 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 591 550 nəfəri müalicə olunaraq sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm