Koronavirusa yoluxma azaldı, ölüm sayı artdı
Bizi izləyin

Səhiyyə

Koronavirusa yoluxma azaldı, ölüm sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 148 yeni yoluxma faktı qeydə alınıb, 2 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 33 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 300 666 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 264 403 nəfər müalicə olunaraq sağalıb, 4 140 nəfər vəfat edib, aktiv xəstə sayı 33 123 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 184, ötən müddət ərzində isə ümumilikdə 3 108 924 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm