SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - ÇOX SAYDA ÖLƏN VAR
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - ÇOX SAYDA ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 392 yeni yoluxma faktı qeydə alınıb, 2 274 nəfər müalicə olunaraq sağalıb.

Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib. 26 125 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, bu günə qədər isə ümumilikdə 3 229 867 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm