Reanimasiyada olan koronavirus xəstələrinin sayı azalır - Teymur Musayev
Bizi izləyin

Səhiyyə

Reanimasiyada olan koronavirus xəstələrinin sayı azalır - Teymur Musayev

Vaksinasiya strategiyasının əsaslarından könüllülük, şəffaflılıq və ədalətlilik prinsipi dayanır. 18 yanvardan başlayaraq ölkəmizdə genişmiqyaslı vaksinasiya aparılır.

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.

Onun sözlərinə görə, tibb işçilərinin 90 faizə qədəri peyvənd olunub: "Təhsil sektorunda çalışanlar da bu rəqəmə çatır. Bu gün çarpayı fondumuzda yatan xəstələrin sayı azalmaqdadır. Reanimasiyada olan xəstələrin sayı azalsa da, yaşlı qruplar üstünlük təşkil edir. Dünyada vaksinasiya davam edir. Ölkə başçısının uğurlu siyasəti nəticəsində ölkəmizə vaksinlərin gətirilməsi davam edir. Bəzi elmi çevrələrdə vaksinasiyanın mövsümü xarakter daşıyacağı söylənilir. Ola bilər ki, qrip kimi virus əleyhinə mövsümü vaksinasiya aparılsın. Bunun üçün işlər aparılır və davamlı olaraq ölkəmizə vaksinlər gətiriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm