Bu gündən 18 yaşına çatmış şəxslərin vaksinasiyası başlayır
Bizi izləyin

Səhiyyə

Bu gündən 18 yaşına çatmış şəxslərin vaksinasiyası başlayır

Bu gündən Azərbaycanda 18 yaşına çatmış bütün vətəndaşlarının vaksinasiya prosesi başlayır.

Publika.az xəbər verir ki, Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib.

Yanvardan Çin istehsalı olan "Sinovac" vaksinindən istifadə başlayıb. Ötən aydan isə ölkəmizə Sputnik-V vaksini gətirilib və tətbiqinə başlanılıb. Azərbaycana gətirilən vaksinlər tam təhlükəsizdir".

“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm