• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

"Qalib müəllim"in mükafatçıları müəyyənləşdi - FOTO

"Qalib müəllim"in mükafatçıları müəyyənləşdi - FOTO

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, mərasimdə təhsil naziri Emin Əmrullayev və ölkəmizdə səfərdə olan Türkiyənin milli təhsil naziri Ziya Selçuk iştirak edib.

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Vətən müharibəsi qəhrəmanlarının tanıdılması baxımından bu cür müsabiqələrin təşkilinin əhəmiyyətindən danışıb və qalibləri təbrik edib.

Daha sonra çıxış edən Türkiyənin milli təhsil naziri Ziya Selçuk iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açıb. Ziya Selçuk belə bir tədbirdə iştirakı üçün məmnunluq hissi keçirdiyini dilə gətirib və hər kəsə uğurlar arzulayıb.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Münsiflər heyətinin seçiminə əsasən, beş qalib müəyyənləşib. Belə ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev I yer, Laçın rayon C.Quliyev adına Çorman kənd ümumi orta məktəbinin Uşaq birliyi rəhbəri Türkan Nəsibova II yer, İctimai Televiziyanın böyük redaktoru Samirə Sultanova III yer, Azərbaycan Televiziyasının (AzTV) müxbiri Elnur Ələkbərov IV yer, “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun müxbiri Əzim Cəfərli isə V yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılması olub. Müsabiqəyə ümumilikdə 55 videohekayə göndərilmişdi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR