• USD 1,7000 0,00% EUR 2,0195 +0,06%
    • GBP 2,3629 -0,02% RUB 0,0233 +0,43%

Peyvəndin yaradıcısından BƏDBİN AÇIQLAMA: "Delta adlanan 4-cü dalğa siqnalı gəlir"

  • Səhiyyə
  • 17 İyun 2021 23:49
  • 2 189 Baxış
Peyvəndin yaradıcısından BƏDBİN AÇIQLAMA: "Delta adlanan 4-cü dalğa siqnalı gəlir"

"Əgər diqqətli və kifayət qədər təmkinli olmasaq, bəzi bölgələrdə dördüncü dalğa ilə qarşılaşa bilərik".

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Almaniyanın “Biontech” firmasının qurucu ortağı və idarə heyətinin üzvü Uğur Şahin deyib.

Amerika Birləşmiş Ştatlarında keçirilən konfransda çıxış edən alim yeni tip koronavirusa yoluxma sayında artım ola biləcəyini söyləyib:

"Yoluxma hallarının artması "Delta" adlanan 4-cü dalğa siqnalını verir. Diqqətli olmaq lazımdır. İngiltərədə əhalinin təxminən 50 faizinin ikinci doza peyvənd olunmasına baxmayaraq, ölkədə "Delta" yayılmaqdadır. Peyvənd edilmələrinə güvənənlərə də xəbərdarlıq edirik: vaksinasiyadan 6 ay keçdikdən sonra antikor səviyyəsi düşür, təkrar peyvənd vurdurmağa ehtiyac yaranı. Bütün bunlara görə peyvənd istehsalını artırmağı planlaşdırırıq".

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR