Azərbaycanda 65 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
Bizi izləyin

Səhiyyə

Azərbaycanda 65 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 335 741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 959 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib, aktiv xəstə sayı 815 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7728, ötən müddət ərzində isə ümumilikdə 3 713 779 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm