Üçüncü doza vaksin nə üçün önəmlidir?
Bizi izləyin

Səhiyyə

Üçüncü doza vaksin nə üçün önəmlidir?

Üçüncü doza vaksin ehtiyacı bu gün bütün dünyada gündəmdədir. Bu, elmi populyar məqalələrdə də müzakirə olunur və eyni zamanda elmi tədqiqatlar da aparılır. Biz bu tədqiqatları yaxından izləyir, özümüz də tədqiqatlar aparırıq. Bu tədqiqatların nəticələri açıqlandıqdan sonra müvafiq qərarlar qəbul ediləcək.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlama verib. Onun sözlərinə görə, Operativ Qərargah çərçivəsində bu iş üçün tədqiqat aparılan laboratoriya lazım olan bütün reaktivlərlə təchiz olunub:

"Tədqiqatlar zamanı müəyyən ediləcək ki, vaksinasiyadan sonra yaranmış humoral immunitetin, yəni anticisim cavabının effektivliyi nə qədər olacaq. İmmunitetin digər istiqaməti isə hüceyrəvi immunitetdir. Bir çox ölkələrdə aparılan tədqiqatlar zamanı əldə olunan ilkin nəticələr göstərir ki, humoral immunitet zəifləsə də, yəni anticisimlərin cavabı azalsa da, qanda hüceyrəvi immunitet, yaddaş hüceyrələri uzun müddət qalır. Bu, çox yaxşı xəbərdir. Yaddaş hüceyrələri qalırsa, deməli mütəmadi olaraq biz xatırlatma dozası vurmaqla onu təkrar aktivləşdirə bilərik. Beləliklə, hüceyrəvi immunitetlə yanaşı humoral immunitet də yəni anticisim cavabı da aktivləşə və anticisim sintezi güclənə bilər. Bu baxımdan tədqiqatlara görə qərarlar qəbul ediləcək. Müəyyənləşdiriləcək ki, inaktiv (Sinovac), m-RNT (məsələn, Pfizer) və vektor əsaslı (Sputnik V) vaksinlərin bizdə qanda anticisim səviyyəsi nə qədər olacaq. Ondan sonra vaksinasiya prosesini necə idarə edəcəyimizi müəyyənləşdirmək üçün qərar qəbul edəcəyik.

TƏBİB sədri bildirib ki, ya vaksinin mövcud təsirini gücləndirmək üçün buster doza vaksinasiya tətbiq ediləcək, ya da tamamilə revaksinasiya ehtiyacı yarana bilər:

"Bir də virusun gələcəkdə hansısa mutasiyası baş verə bilərsə, o zaman mutant ştammlardan da ibarət polivarent vaksinlər hazırlana bilər. Necə ki, qripə qarşı belə vaksinlər var. Hər il mutasiyaya məruz qalır və hər il yeni vaksin çıxır. Bütün bu tədqiqatlar qısa zamanda yekunlaşacaq. Əlimizdə ilkin məlumatlar var. Amma bunların hamısını toplamalıyıq. Elmi məlumatları bizim elmi komitəmizdə müzakirə edəcəyik. Təbii ki, müvafiq qurumlarımız Operativ Qərargah çərçivəsində koordinasiyalı şəkildə çalışacaqlar. Çox yaxın günlərdə qərarlar veriləcək. Ondan sonra müəyyənləşdirəcəyik ki, 2 "Sinovac" alan əlavə 1 doza da "Sinovac" alsın, yoxsa digər vaksindən vurdursun. Və ya xəstəliyi keçirənlər neçə müddətdən sonra xatırlatma doza dediyimiz dozadan vurdursunlar". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm