Bu halda "Delta" ştammına yoluxma ehtimalı İKİ DƏFƏ ARTIR - Netesovdan XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

Bu halda "Delta" ştammına yoluxma ehtimalı İKİ DƏFƏ ARTIR - Netesovdan XƏBƏRDARLIQ

"Əgər insan maskasızdırsa, onun koronavirusun "Delta" ştammına yoluxma ehtimalı iki dəfə artır".

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu biologiya elmləri doktoru, Novosibirsk Dövlət Universitetinin Bionanotexnologiya, Mikrobiologiya və Virologiya laboratoriyasının müdiri Sergey Netesov bildirib.

"Vəziyyət ümumilikdə belədir, koronavirusun əvvəlki variantında reproduktiv rəqəm ortalama təxminən üç idisə, "Delta"da təxminən beşdir. Ona görə də o, sürətlə yayılır", - deyə Netesov bildirib.

O bildirib ki, adi variantdan "Delta" variantını fərqləndirən əsas şey məhz budur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm