Operativ Qərargah məlumat yaydı: Yoluxma sayı və ölüm halları...
Bizi izləyin

Səhiyyə

Operativ Qərargah məlumat yaydı: Yoluxma sayı və ölüm halları...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, bu gün koronavirusdan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib. 2 527 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, bu günə qədər isə ümumilikdə 3 935 913 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm