• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

TƏBİB: Bu şəxslər 3-cü dozanı vurdurmalıdır

  • Səhiyyə
  • 26 İyul 2021 15:21
  • 1 295 Baxış
TƏBİB: Bu şəxslər 3-cü dozanı vurdurmalıdır

Son günlərdə yeni yoluxma saylarında kəskin artım müşahidə olunmaqdadır.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "İyun ayının sonunda yoluxma faizi 1 faizdən aşağı düşmüşdü, hətta 0,7-0,8 faiz yoluxma müşahidə edirdik. Lakin son günlərdə yoluxma sayı 5 faizədək artım. Bu gün 39 yaşlar arasında yoluxma sayı daha yüksəkdir. Kişi və qadınlar arasında bərabər yoluxma müşahidə olunur".

Yaqut Qarayeva qeyd edib ki, ölkə üzrə ən yüksək yoluxma halı Bakıda qeydə alınıb və paytaxtda Binəqədi rayonu üzrə yüksək rəqəmlər qeydə alınıb.

TƏBİB nümayəndəsi bildirib ki, bu günə qədər 4 milyondan çox doza vaksin vurulub: "Bu gün ölkəmizdə könüllü seçim şərti ilə 4 vaksin istifadə olunmaqdadır. Dünya üzrə istifadə olunan vaksin növlərinin hər biri bizdə var. Eyni zamanda, bu gün bütün regionlarda "Sinovac" şirkətinin Coronavac vaksini istifadə olunmaqdadır. Pfizer vaksini Lənkəran, Gəncə, Bakı şəhərlərində var. Bu gün səyyar olaraq da vaksinasiya aparılır. Eyni zamanda, "Bravo" Marketin Əhmədli və Koroğlu filiallarında vaksinasiya aparılır, paralel olaraq Dəniz Mall-da da vaksinasiya aparılmaqdadır. Həmçinin, Yeni klinikada randevusuz vaksinasiya mümkündür".

Yaqut Qarayeva bildirib ki, bu gün ölkəmizdə xəstəliyi keçirdikdən 6 ay sonra vətəndaşa 1 doza vaksin vurulur: "İmmunitet sertifikatlar müddətsiz verilir. Eyni zamanda, vaksinin hər 2 dozasını vurduran şəxslərə üçüncü doza vaksin vurulması tövsiyə edilir"

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR