ÜST-dən xərçənglə bağlı ŞAD XƏBƏR: 3 növə qarşı qələbə yaxındır
Bizi izləyin

Sağlamlıq

ÜST-dən xərçənglə bağlı ŞAD XƏBƏR: 3 növə qarşı qələbə yaxındır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mütəxəssisləri ağciyər, qaraciyər və kolorektal xərçənginə qarşı qələbənin yaxın olduğunu bildiriblər.

Publika.az xəbər verir ki, bububla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Mütəxəssislər ağciyər xərçənginə qarşı qələbənin yaxın olduğuna inandıqlarını, ancaq bunun üçün siqaretdən imtina etməyin vacib olduğunu qeyd ediblər.

ÜST mütəxəssislərinə görə, insanlar siqaret çəkməsəydilər, ağciyər xərçəngi hadisələri 90% az olacaqdı.

Xatırladaq ki, ÜST-nin Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç da may ayının sonunda verdiyi açıqlamada qadınlar arasında çox yayılan dördüncü xərçəng növünüə - uşaqlıq ağzı xərçənginə qarşı qələbəyə yaxın olduqlarını, xəstəliyin törədicisi olan insan papilloma virüsünə (HPV) qarşı təhlükəsiz və təsirli peyvəndin hazırlandığını bildirmişdi.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm