Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5022 nəfər vəfat edib, aktiv xəstə sayı 5442 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9881, ötən müddət ərzində isə ümumilikdə 4 023 954 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm