• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

Ölkədə koronavirusa yoluxma artdı

  • Səhiyyə
  • 1 Avqust 2021 16:50
  • 1 109 Baxış
Ölkədə koronavirusa yoluxma artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5027 nəfər vəfat edib. 6365 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR