"Ümumxalq immuniteti yaradılmalıdır" - Deputat
Bizi izləyin

Səhiyyə

"Ümumxalq immuniteti yaradılmalıdır" - Deputat

"Son günlərin statistikası göstərir ki, Azərbaycanda COVID-19-a yoluxanların sayında əhəmiyyətli artım nəzərə çarpır. Yeri gəlmişkən, tək Azərbaycanda deyil, əksər dünya ölkələrində artım müşahidə olunur. O cümlədən, bizimlə qonşu olan ölkələrdə. Təəssüflər olsun ki, payız-qış aylarında dinamika artan xəttlə inkişaf edəcək. Mən bu sahə üzrə mütəxəssis deyiləm. Ancaq, son il yarımda Pandemiya şəraitində yaşamağa məhkum olduğumuzdan gündəlik materialları, yenilikləri izləyirik. Ümumdünya Səhiyyə Təşkilatının və milli səhiyyə təşkilatlarının gəldiyi rəy ondan ibarətdir ki, koronovirusdan qorunmanın yeganə yolu peyvənd olunmaqdır. Yəni ümumxalq immuniteti yaradılmalıdır".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkilinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, müxtəlif adlar altında günü-gündən yeni, daha təhlükəli ştamlar meydana çıxır:

"Əhalinin sürətlə peyvəndlənməsi vacib şərtdir. Bir məqamı qeyd etmək lazımdır ki, sosial şəbəkələr vasitəsilə ciddi əks təbliğat aparılır. Bəzi hallarda nüfuzlu şəxslərdən, tanınmış tibb alimlərindən istifadə olunur. İnsanlar, psixoloji təsir altına düşür, çaşqınlıqda nə etmək lazım olduğunu bilmirlər. İnformasiya bolluğu düzgün qərar qəbul etməyə mane olur. Ona görə də, tanınmış mütəxəssislərin, əsasən virusoloqların, infeksionistlərin televiziya kanalları, KİV-lər vasitəsilə çıxış etmələri, ətraflı maarifləndirmə işlərinin aparmasına ehtiyac var. Sadə vətəndaşın suallarına inandırıcı izahat verilməlidir. Təkrar edirəm, vətəndaşı inandırmaq inandırmaq lazımdır. Labüd şübhələrdən çıxarmaq lazımdır ki, hər hansı neqativ aqibət barədə düşünmədən peyvənd vurdursun. Başqa yol yoxdur. Mən və ailə üzvlərimin hamısı peyvənd olunmuşuq. Başqa yol yoxdur".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm