• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Türkiyədə daha 204 nəfər virusdan vəfat etdi

Türkiyədə daha 204 nəfər virusdan vəfat etdi

Türkiyədə koronavirusla bağlı avqustun 20-nə olan vəziyyət açıqlanıb.

Publika.az xəbər verir ki, sutka ərzində ölkədə 293 252 nəfərin COVID-19 testi yoxlanılıb.

Günlük yoluxma sayı 19 918 nəfər təşkil edib.

204 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 15 561 nəfərə çatdığı bildirilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR