• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

“Taliban” Qəzni vilayətində musiqini qadağan etdi

“Taliban” Qəzni vilayətində musiqini qadağan etdi

Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı Qəzni vilayətindəki yerli radiostansiyalarda musiqiyə və qadınların işləməsinə qadağa qoyub.

Publika.az xəbər verir ki, bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.

Müvafiq göstəriş bölgənin yeni rəhbərliyi tərəfindən verilib.

Bundan əvvəl, vilayətin polis məntəqələrindən birinin rəhbəri Məhəmməd Haşim Qalcinin “Taliban” qoşunlarının bölgənin inzibati mərkəzinə daxil olmasından dərhal sonra itkin düşdüyü bildirilmişdi. Onun haqqında hələ də heç bir məlumat yoxdur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR