Azərbaycanda koronavirusa yoluxma sayı REKORD HƏDDƏ ÇATDI: çox sayda ölənlər var
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa yoluxma sayı REKORD HƏDDƏ ÇATDI: çox sayda ölənlər var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib. 49 412 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, bu günə qədər isə ümumilikdə 4 395 646 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm