Səhiyyə
15 saylı poliklinikada əks-göstəriş sertifikatı QALMAQALI: Hədə-qorxu gələrək bildirdi ki...
Ötən gün əks-göstəriş sertifikatı almaq üçün Bakıdakı Səbail rayonu, Bayıl qəsəbəsi 15 saylı poliklinikaya müraciət edən Könül Orucovanın iddia etdiyi haqsızlıqla bağlı xəbər vermişdik.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Belə ki, K.Orucova iddia edirdi ki, 1 sentyabr 2021-ci il tarixində ana südü ilə qidalandırma dövründə əks-göstəriş sertifikatı almaq üçün 1 yaş yarımlıq qızı ilə 15 saylı poliklinaya gedib. Ancaq poliklinikanın baş həkimi Rauf Mahmudov 1 yaşdan yuxarı uşaqların analarına əks-göstəriş sertifikatı vermədiyini bildirib. K.Orucova baş həkimin ona “get uşağı süddən kəs, sıyıq, şirinçay ver, sənin verdiyin 10 qram südün ona heç bir xeyri yoxdur”, dediyini qeyd edib.
15 saylı uşaq poliklinikasının baş həkiminin müavini Aytən Səmədova Publika.az-a sözügedən məsələ ilə bağlı danışıb və Könül Orucovanın dediklərini təkzib edib.
A.Səmədova həkimlərin xanıma yalnız tövsiyə verdiklərini və qanunlar çərçivəsində onunla danışdıqlarını bildirib. Həkimin sözlərinə görə, K.Orucova bütün deyilənlərə baxmayaraq, onlara hədə-qorxu gəlib:
“Könül Orucova qeyd edir ki, uşağı bir yaş yarımlıq olub. Ancaq xanımın körpəsi 2020-ci il yanvar təvəllüdlü idi. Biz onu hər kəs kimi normal qəbul etdik. Bir yaş 8 aylıq uşağın südəmər dövrü olmadığını bildirdik. Yalnız 1 yaşa qədər olan uşaqları o siyahıya daxil edirik. Bununla yanaşı, qeyd etdik ki, bu yaşda uşağın südəmər olması ilə bağlı əks-göstəriş sertifikatı almaq üçün komissiyaya müraciət göndərmirik. Xanım isə övladını yalnız südlə qidalandırdığını bildirdi. Biz də həkimik, 1 yaş 8 aylıq uşaq təkcə südlə qidalana bilməz, onu tədricən ümumi yeməyə keçirirlər. O isə gecələr körpəsinin süd qəbul etmədən yatmadığını söylədi. Biz isə körpədir, yavaş-yavaş, tədricən yeməyə keçirərsiniz və müxtəlif mayelər verərsiniz ki, nə sizi narahat etsin, nə də özü narahat olsun dedik. Kəmşirin çay, su da vermək lazımdır. Xanım isə bunu şişirdir, baş həkim ona deməyib ki, get uşağına şirinçay ver. Əksinə, baş həkim xanımı başa salırdı, tövsiyələrini verirdi.
Biz qanun çərçivəsində sözügedən şəxslə davrandıq. O isə bloger olduğunu bildirdi və bizi mətbuatda biabır edəcəyi ilə hədələdi. Hələ iddia edir ki, siz başqa uşaqlara bununla bağlı sənəd vermisiniz. Bəli, iki uşağa vermişik. Onlardan biri anadangəlmə çox ağır ürək qüsurlu idi. Xəstə uşaq idi, onu çox narahat etməmək üçün, həm də ananı yoxladıq ki, doğrudan da südü var. Biz onu komissiyaya göndərdik, qərarı isə onlar verəcək. Bir nəfər də hemangiomalı uşaq idi. Biz öz tərəfimizdən onun sənədlərini xüsusi komissiyaya göndərdik, onlar baxacaq. Biz onunla pis davranmamışıq, sadəcə xanıma başa saldıq ki, gəncdir, bəlkə nəyisə bilmir, biz ona izah etdik. Ancaq o, israrla sənədi almadan getməyəcəyini qeyd etdi. Biz də təklif etdik ki, uşağınızın südlə qidalanmasını istəyirsinizsə, vaksin olunmadan oturub evdə ona baxa bilərsiniz. Bundan əlavə, onun kifayət qədər südü yox idi”.
Akqabay
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq


























.jpg)











