Səhiyyə Nazirliyinin vəzifəli şəxsi istefa verdi - FOTO
Bizi izləyin

Səhiyyə

Səhiyyə Nazirliyinin vəzifəli şəxsi istefa verdi - FOTO

Səhiyyə Nazirliyinin (SN) Aparat rəhbəri Nadir Zeynalov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hələlik onun yerinə təyinat olmayıb.

Report-a danışan N.Zeynalov bildirib: "Vəzifəmdən istefa verdim, çoxdandır bunu xahiş edirdim. Axır ki, icazə verdilər. Vəzifədən çıxmağıma səbəb isə elmi fəaliyyətimi davam etdirmək məqsədi olub. Fəaliyyətimi Azərbaycan Tibb Universitetində davam etdirirəm. Çünki iki işi bir yerdə görmək mümkün olmayıb.

Xatırladaq ki, N.Zeynalov 2019-cu ildən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm