ÜST-dən QORXUNC AÇIQLAMA: Ölənlərin 99 faizi...
Bizi izləyin

Səhiyyə

ÜST-dən QORXUNC AÇIQLAMA: Ölənlərin 99 faizi...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris koronavirus əleyhinə vaksinə əlçatanlığı olan hər kəs üçün bunun bir hədiyyə və imtiyaz olduğunu söyləyib.

Publika.az xəbər verir ki, Harris koronavirus peyvəndinə qarşı çıxan insanların sosial media əvəzinə etibarlı elmi mənbələrə istinad etməli olduqlarını bildirib.

Onun sözlərinə görə, pandemiyada ölənlərin 99 faizi vaksin olunmayanlardır: "Təəssüf ki, xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti, daha da kədərlisi isə ölənlər peyvənd olunmayan şəxslərdir. Peyvənd olunmusunuzsa, şanslı insanlardan birisiniz. Hələ də vaksin oluna bilməyən çox insan var".

ÜST sözçüsü peyvəndlərin effektivliyi ilə bağlı suallara "Bəli, peyvəndlər təsirlidir. Həm də çox yaxşı təsir edir" cavabını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm