SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - Kəskin artdı, ÇOX SAYDA ÖLƏN VAR
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - Kəskin artdı, ÇOX SAYDA ÖLƏN VAR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2 114 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 482 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib. 20 706 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 525, bu günə qədər isə ümumilikdə 4 839 863 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm