SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1032 yeni yoluxma faktı qeydə alınıb, 1043 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 179 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 023 nəfər müalicə olunaraq sağalıb, 6664 nəfər vəfat edib. 12 492 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8385, bu günə qədər isə ümumilikdə 4 952 737 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm