SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2036 yeni yoluxma faktı qeydə alınıb, 1045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 604 nəfər müalicə olunaraq sağalıb, 6894 nəfər vəfat edib. 24 827 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 325, bu günə qədər isə ümumilikdə 5 108 298 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm