SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı KƏSKİN ARTDI
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı KƏSKİN ARTDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2420 yeni yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 524 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489 032 nəfər müalicə olunaraq sağalıb, 6 995 nəfər vəfat edib. 28 761 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 827, bu günə qədər isə ümumilikdə 5 158 035 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm