Operativ Qərargah məlumat yaydı
Bizi izləyin

Səhiyyə

Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb, 2208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 537 004 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 571 nəfər müalicə olunaraq sağalıb, 7153 nəfər vəfat edib, aktiv xəstə sayı 30 280 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 102, ötən müddət ərzində isə ümumilikdə 5 227 688 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm