Peyvənd olunanların sayı açıqlandı
Bizi izləyin

Səhiyyə

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 403 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2086, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3998, buster doza üzrə vaksinasiya olunanların sayı isə 6319 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 941 341, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 001 669, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 442 475, buster doza üzrə vaksinasiya olunanların sayı isə 497 197 təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm