Azərbaycanda koronavirusa yoluxma sayı artdı: ÇOX SAYDA ÖLƏN VAR
Bizi izləyin

Səhiyyə

Azərbaycanda koronavirusa yoluxma sayı artdı: ÇOX SAYDA ÖLƏN VAR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2124 yeni yoluxma faktı qeydə alınıb, 2669 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 568 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 530 774 nəfər müalicə olunaraq sağalıb, 7 551 nəfər vəfat edib, aktiv xəstə sayı 29 764 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 963, ötən müddət ərzində isə ümumilikdə 5 405 244 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm