SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1889 yeni yoluxma faktı qeydə alınıb, 2537 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 573 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 211 nəfər müalicə olunaraq sağalıb, 7624 nəfər vəfat edib, aktiv xəstə sayı 28 139 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 740, ötən müddət ərzində isə ümumilikdə 5 443 180 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm