Peyvənd olunanların sayı açıqlandı
Bizi izləyin

Səhiyyə

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 474 vaksin vurulub.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6418, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 827 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 363 317, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 059 543, ikinci mərhələ üzrə 4 538 992, “buster” doza üzrə isə 764 782 nəfər təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm