Səhiyyə
Tanınmış həkimə YENİ VƏZİFƏ verildi - FOTO
Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub.
Mərkzədən report-a verilən məlumata görə, tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah Fərid Qaralov tibb müəssisəsinin Neyrocərrahiyyə şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, Qaralov Fərid Əziz oğlu 1982-ci il martın 12-də Bakı şəhərində anadan olub. 1989-1999-cu illərdə orta təhsilini Bakı şəhəri, Suraxanı rayonu 275 saylı orta məktəbdə alıb. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2012-ci illərdə təhsilini Türkiyənin EGE Universitetində Neyrocərrahiyyə ixtisası üzrə davam etdirib. 2012-ci ildən etibarən ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, daha sonra ATU Tədris Cərrahiyyə Klinikasında Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman-neyrocərrah kimi fəaliyyət göstərib.
F.Qaralov bir çox beynəlxalq, yerli neyrocərrahi konfrans və kurslarda iştirak edib.
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI