SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1394 yeni yoluxma faktı qeydə alınıb, 1791 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 564 577 nəfər müalicə olunaraq sağalıb, 7967 nəfər vəfat edib, aktiv xəstə sayı 23 844 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 503, ötən müddət ərzində isə ümumilikdə 5 602 773 test aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm