Səhiyyə
Dünyada koronavirusa yoluxma halları 24% azaldı - ÜST

Son bir həftə ərzində 5,4 milyondan çox insan koronavirusa yoluxub, 15 mindən çox insan virusun yaratdığı fəsaddan dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qeyd olunub ki, əvvəlki 7 günlə müqayisədə yoluxanların sayı 24%, ölənlərin sayı isə 6% azalıb. Yeddi gün ərzində ÜST 5 460 641 yoluxma və 15 072 ölüm barədə məlumat alıb.
Xəstəliyin xüsusilə əhəmiyyətli azalması Avropa (-38%), Afrika (-38%) və Şərqi Aralıq dənizində (-30%) qeydə alınıb.
Bir həftə ərzində ən çox yoluxma Yaponiyada (1,395,301), Koreya (866,830), ABŞ (679,653), Almaniya (271,277) və İtaliyada (193,305) qeydə alınıb.

-
Cənubi Qafqaz16:15
Rus hərbçilər Ermənistanda səngər qazır: toqquşmaya hazırlıq başladı - FOTO
-
Qadın16:00
Şok! 70 yaşlı "lənətlənmiş qadın" əkiz uşaq doğdu - FOTO
-
Dünya15:10
Lavrov Blinkenlə Borreli ələ saldı: Qorxurlar, mən isə qaçmamışam
-
Hadisə14:50
Azərbaycanda polkovnik vəfat etdi - Foto
-
İdman14:20
İtalya fubolunun bir nömrəli gözəli: O, boş vaxtlarında görün nə edir - FOTOLAR
-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
-
Elm və təhsil12:25
Bu məktəb distant tədrisə keçdi