Bakı Baş Səhiyyə Mərkəzi bu binaya köçürüldü - FOTO
Bizi izləyin

Səhiyyə

Bakı Baş Səhiyyə Mərkəzi bu binaya köçürüldü - FOTO

Bakı Baş Səhiyyə Mərkəzi köhnə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) binasına köçürülüb.

TƏBİB-dən Publika.az-a bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi 18 iyul 2022-ci il tarixdən yeni ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq 1M ünvanında fəaliyyət göstərir.

İnzibati binada Mərkəzin idarəetmə aparatı, tibbi xidmətin təşkili, monitorinq və nəzarət, ilkin səhiyyə xidmətinin inkişafı, insan resursları və hüquq, maliyyə, inzibati idarəetmə, ictimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentləri, departamentlərin nəzdində müvafiq şöbələr fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm